Nəsimi Nəbizadə yenidən televiziyada - FOTO

Oxunma sayı: 96
18-08-2023, 00:45

Nəsimi Nəbizadə yenidən televiziyada - FOTO
Nəsimi Nəbizadə yenidən AzTV-də fəaliyyətə başlayıb.

Arasdırma.info xəbər verir ki, jurnalist Jalə Mütəllimova Nəsimi Nəbizadə ilə bağlı paylaşım edib və birgə fotolarını paylaşıb. O, qeyd edib:

“Demək olar hamı soruşur. Doğurdan ordadır?!

Bəli, doğurdan. Həyatının səhvini etmiş hər kəs bir böyük şansı haqq edir. Ona görə yanımızdadı, əli əlimizdədi, həyata tutunub. Niyəsə içimdə bir inam var, inşallah çox gözəl olacaq hər şey. Və o əlini çəkməzsə, biz heç çəkməyəcəyik. Səhv və günahı müzakirə etmək, ittiham etmək bəndə işi deyil. Çünki bəndə özü müqəddəs və ya ilahi varlıq deyil. Üstəlik hər kəsin irili-xırdalı günahı, səhvi var. Odur ki, ittiham etmədən düz ürəyimizin başına qoymuşuq Nəsimi Nəbizadəni, sevgi ilə, sayğı ilə sarmışıq. Allah onu da, bizi də utandırmayacaq, buna inanıram”.//metbuat.az

Nəsimi Nəbizadə yenidən televiziyada - FOTO

Paylaş
Xəbər lentİ