"Az sonra bizə möcüzə kimi baxacaqlar" - Cəlil Cavanşır "Çərçivə"də - VİDEO

Oxunma sayı: 52
30-12-2023, 20:02

"Az sonra bizə möcüzə kimi baxacaqlar" - Cəlil Cavanşır "Çərçivə"də - VİDEO
Arasdırma.info xəbər verir ki,Bakupost.az və "M.Teatr"ın birgə layihəsi olan "Çərçivə" verilişinin növbəti qonağı tanınmış şair Cəlil Cavanşır olub.
Xalq artisti Vidadi Həsənovun suallarını cavablandıran Cəlil Cavanşır poeziyadan, yaradıcılığı və tərcüməçilik fəaliyyətindən, müasir ədəbi prosesdən danışıb.

Qeyd edək ki, Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.
2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.
Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi", "Mərkəz", "Ədalət", "Gündəlik Teleqraf" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.
"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub. 2007–2011-ci illərdə folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı ilə birlikdə folklor araşdırmaları ilə məşğul olub, eyni zamanda türk və alman dillərindən bədii tərcümələr edib.
2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.
2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.
2012-ci ildən "Qanun" Nəşrlər Evi ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəridir.
Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub

Paylaş
Xəbər lentİ