Pərvin Kazımov rəis vəzifəsindən azad edildi

Oxunma sayı: 6
Dünən, 08:19

Pərvin Kazımov rəis vəzifəsindən azad edildi
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin işdən azad olunan rəisi başqa işə keçəcəyini bildirib.

Arasdırma.info Bakues.az-a istinadən xəbər verir ki, Adil Kərimlinin əmri ilə işdən azad edilən Pərvin Kazımov hansı sahəyə keçəcəyini dəqiqləşdirməyib.

"Başqa işə getməliyəm. Bu gün işdən azad edilməyimlə bağlı əmri aldım. Hələ ki mədəniyyət, yoxsa digər sahədə işləyəcəyimi bilmirəm. Amma onu deyə bilərəm ki, yeni işə keçəcəyəm", - deyə P.Kazımov bildirib.

Hələlik Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edək ki, Pərvin Kazımov sözügedən vəzifəyə cari ilin mart ayında təyin olunub.

Paylaş
Xəbər lentİ