Lalə Məmmədovanın eks-əri intihar etmək istəyir - Alimentə görə

Oxunma sayı: 696
3-04-2019, 19:44

Lalə Məmmədovanın eks-əri intihar etmək istəyir - Alimentə görə

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

Arasdırma.info xəbər verir ki, o Media.Az-a gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.

“Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim” deyə, İlham bildirib.

O iddia edib ki, Məmmədova ondan polisə şikayət edib:

“O, 2015-ci ildə polisə şikayət verib dedi ki, guya onu öldürmək istəmişəm. Lakin mən sübut etdim ki, bu, əsassız ittihamdır. Məni sərbəst buraxdılar. İmkansızlıq olduğundan üç min manat borc yığılmışdı. Ödəyə bilmədiyim üçün bunun əvəzində isə mənim avtomobilimi müsadirə etdilər. 57 yaşındayam, daimi işim yoxdur. Tərcüməçiliklə məşğulam. Rusiyadan gələn turistləri müşayiət edirəm. Bu iş isə həmişə olmur.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:

“Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə qalib gəlib. Mənim sağlamlığımda problem var. Ürəyim xəstədir. Lalənin üç rəsmi iş yeri var, toylara isə 8 min manata gedir. Amma bu, ona bəs etmir”.

Qafarov bildirib ki, sənətçi ona uşaqları ilə görüşməyə icazə vermir:

“O, uşaqlarımı mənə qarşı “doldurub”. Kiçik qızımı cəmi üç dəfə görmüşəm. Böyüyü ilə isə ən son iki il öncə görüşmüşəm. Onlar mənə nifrət edirlər. Biz boşanandan sonra hər şey yaxşı idi. Bütün bunlar mən evlənəndən sonra başladı. Lalə bunu etməklə, məndən qisas alır”.

O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu da qeyd edib:

“Hazırda mən valideynlərimin evində yaşayıram. Xətai rayonunda 43 min dollara aldığım evi anasının adı rəsmiləşdirib. Onun ikinci evi isə Nizami rayonundadır. Lalə məni ümidsizliyə düçar edir. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Borcumu dərhal ödəmək gücündə deyiləm. Ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram”.

Qeyd edək ki, Lalə Məmmədova və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinarə adlı iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.

Məsələ ilə bağlı Lalə Məmmədova ilə əlaqə saxlamaq istəsək də, o, hazırda Amerikada olduğundan zənglərimizə cavab verə bilməyib.









Paylaş
Xəbər lentİ