Manafzadə “Mədəniyyət elçisi” adına layiq görüldü

Oxunma sayı: 378
13-02-2021, 18:55

Manafzadə “Mədəniyyət elçisi” adına layiq görüldü
Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə Türkiyənin beynəlxalq e-ticarət platforması olan “WORLDEF” şirkəti tərəfindən Azərbaycan-Türkiyə qardaşlığının dəstəklənməsi və iki ölkə mədəniyyətinin dünyada tanıdılması istiqamətində fəaliyyətlərinə görə “Mədəniyyət elçisi” adına layiq görülüb.

Arasdırma.info xəbər verir ki, bununla bağlı “WORLDEF” tərəfindən T.Manafzadəyə ünvanlanan təbrikdə musiqiçinin karyerası və həyat tərzinin cəmiyyət üçün nümunə olduğu, Azərbaycan və Türkiyə mədəniyyətləri arasında körpü rolu oynadığı qeyd edilir. Həmçinin Turan Manafzadənin istedadı və səyləri ilə həm Azərbaycan, həm də Türkiyə mədəniyyətinin dünyada tanıdılmasında vacib bir vəzifəni icra etdiyi vurğulanır.//kulis.az

Paylaş
Xəbər lentİ