Niyamməddin Musayevin son durumu bəlli oldu

Oxunma sayı: 351
15-04-2021, 21:13

Niyamməddin Musayevin son durumu bəlli oldu
Ötən gün yerli mediada xalq artisti Niyaməddin Musayevin vəziyyətinin pisləşməsi və ölüm xəbəri yayılıb.

Arasdırma.info xəbər verir ki, yayılan xəbərlərə münasibət bildirən sənətçi Nyus24.az-a açıqlamasında bütün bunların şayiə olduğunu vurğulayıb:

“Xəstəxanadayam, müalicələrim davam edir. Ümumi vəziyyətim pis deyil. Günü-gündən daha da yaxşı oluram. Yəni, irəliləyiş var. Peşəkar həkimlərimiz sağ olsun. Nə yaxşı ki, bu cür dövlətin vətəndaşıyam. Amma gün ərzində gic-gic xəbərlər oxuyuram. Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı. Bunlar hamısı yalandır. Sevənlərimə böyük təşəkkürümü bildirirəm ki, daim diqqətlərindəyəm. Hər kəs narahatdır, mənə görə dua edirlər”.//kult.az

Paylaş
Xəbər lentİ