Onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə həsr olunub - MƏŞHUR HƏKİMDƏN QALMQALLI HAKİMƏ AĞIR SÖZLƏR

Oxunma sayı: 65
4-12-2021, 08:51

Onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə həsr olunub - MƏŞHUR HƏKİMDƏN QALMQALLI HAKİMƏ AĞIR SÖZLƏR
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əfqan Hacıyevin tanınmış həkim Adil Qeybullaya “hərşünas” deməsi qarşı tərəfin cavabını gecikdirməyib.
Xatırladaq ki, hakim Əfqan Hacıyev həkim Adil Qeybullanın həbsdə olan sabiq baş prokuror Eldar Həsənovu müayinə etməsinə dair vəkillərin vəsatətini rədd edərkən belə demişdi.
Arasdırma.info xəbər verir ki, həkim Adil Qeybulla isə özünün sosial şəbəkə hesabında Əfqan Hacıyev haqqında ağır ifadələr səsləndirib:
Onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə həsr olunub - MƏŞHUR HƏKİMDƏN QALMQALLI HAKİMƏ AĞIR SÖZLƏR
“Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Baş Prokuror Eldar Həsənova qurulan məhkəmənin hakimi Əfqan Hacıyev mənim müayinəmlə bağlı qaldırılan vəsadəti təmin etməyib və ünvanıma, yumşaq desək, artıq-əksik danışıb.
Əvvəla, qeyd edim ki, Əfqan Hacıyevin mənim bilik və bacarığımı dəyərləndirməyə hüququ yoxdur, mənəvi haqqı isə tamamilə çatmır. Bizim aramızda isə daban-dabana zidd olan prinsipal fərq var: Onun həyatı insanların bədbəxtliyi və faciələri üzərində qurulan sərvət toplamaq işinə, mənimki isə fədakarlıq və haqq-ədalət uğrunda savaşa həsr olunub.
Bir daha bəyan edirəm. Mənsubiyyətindən asılı olmayaraq istənilən bir şəxsin tibbi yardımla bağlı mənə ehtiyacı yaranarsa, hər an buna hazıram. Bu mənim peşə əqidəmdir”.//Gununsesi.info

Paylaş
Xəbər lentİ