"İcra başçısı fərsiz, "Azərişıq" və "Azəriqaz" rəhbərliyi isə oğrudur" - Rauf Arifoğlu niyə qəzəbləndi?

Oxunma sayı: 533
6-08-2019, 21:27

"İcra başçısı fərsiz, "Azərişıq" və "Azəriqaz" rəhbərliyi isə oğrudur" - Rauf Arifoğlu niyə qəzəbləndi?
"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu "Azərişıq" və "Azəriqaz" rəhbərliyi ilə yanaşı, Tovuzun icra başçısını aşağılayıb.

Arasdırma.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.

Bildirib ki, hazırda doğulduğu Tovuz rayonundakı kəndindədir: "İl mərasimimiz var. Amma Tovuzun Yuxarı Öysüzlü kəndində nə qaz var, nə də işıq. Sanki buralar fəlakət bölgəsidi. Müvafiq qurumların hamısına da müraciət etmişik. 10 saatdır!!!! Nəticə yoxdur ki, yoxdur. Bir az külək əsibmiş…

Oğru və yaramaz "Azərişıq və "Azəriqaz" rəhbərliyinin əmvatını tez tez yad edir, camaat. O cümlədən də Tovuzun fərsiz yeni başçısının.

Milyardlarla pulu yeyib, üstündən də su içib, camaatın əsəbləri ilə oynayırlar. Bunlardır ölkənin və iqtidarın düşmənləri, ”radikal müxalifəti”. Dövlətə etimadsızlıq yaradır, camaatı üsyana sürükləyirlər".(Publika.az)

Paylaş
Xəbər lentİ