Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO

Oxunma sayı: 316
8-01-2022, 17:25

Sürücülərin nəzərinə: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO
Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozduğu aşkar edilib. Avtomobillərin müayinəsi zamanı müəyyən edilib ki, 300-ə yaxın sürücü nəqliyyat vasitəsinin mühərrikini dəyişdirsə də onu rəsmiləşdirməyib. Bəs bu cür sürücülər barəsində hansı tədbirlər görülüb?

285 sürücünün qayda pozuntusu texniki müayinə mərkəzində üzə çıxıb.


Avtomobilini texniki baxışa təqədim edən həmin sürücülərin nəqliyyat vasitəsində uyğunsuzluq aşkar edilib. Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin dövlət avtomobil müfəttişi Kamal Əhmədli deyib. Onun sözlərinə görə, uyğunsuzluq əsasən həmin avtomobillərin mühərrikində aşkarlanıb.

Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir. Kamal Əhmədli deyir ki, ötən il texniki baxışa təqdim edilən, digər qaydaları pozan avtomobillərin sürücüləri də aşkar edilib.

Qeyd edək ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Polis sürücülərə tövsiyyə edir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinl.//Milli.az

Paylaş
Xəbər lentİ