Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti 02.12.2021-ci il tarixdə 44 ədəd kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması üzrə təkliflər sorğusu elan edib.
Arasdırma.info Gundem.aza istinadən xəbər verir ki, Konkret.az-a daxil olan məlumata görə, ötən ilin dekabrın 16-a qədər təkliflər qəbul edilib və bir gün sonra isə təklif konvertləri açılıb. İddiaçıların verdiyi təklif qiymətləri aşağıdakı cədvəldə öz əksini tapıb.
1
“Grand Motors” MMC
10 949 928 ₼
2
“UDT-Texnika” MMC
11 630 080 ₼
3
Multi Supply Park LLC
18 745 000 ₼
4
“ORN GROUP” MMC
18 900 000 ₼
5
“METSL AZERBAİJAN” MMC
18 990 000 ₼
Dövlət satınalmalar portalında 27.12.2021-ci il tarixdə həmin təkliflər sorğusunun qalibi 18 745 000 manat məbləğlə Multi Supply Park LLC elan edilib. Yuxarıda cədvəldən göründüyü kimi, qalib elan edilən şirkət ən aşağı təklif vermiş 1-ci şirkətdən (Grand Motors MMC) 7.8 milyon, ikinci şirkətdən isə 7,1 milyon manat daha çox məbləğlə qalib elan edilib. Aşağı təklfi verən şirkətlər sünu olaraq kənarlaşdırılaraq, qalib Rafael Mehralıyevə məxsus ofşor şirkət elan edilib.
Satınalan təşkilatın adı
Qalibin adı
Qalibin VÖENİ
Malların (işlərin/xidmətlərin) adı
Musabiqənin adı
Məbləğ
Dərc edilmə tarixi
Başlama tarixi
Bitmə tarixi
1
BAKI ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİ
“Multi Supply Park” LLC
412744133
Kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması
Kommunal təyinatlı maşın və mexanizmlərin satınalınması
18 745 000 AZN
27.12.2021
22.12.2021
19.12.2022
Multi Supply Park LLC – Gürcüstan Ədliyyə Nazirliyini hüquqi şəxslər reyestrindən 412744133 (Dövlət satınalmar portalında VÖEN kimi qeyd edilib) identifikasiya nömrəsilə axtarış etsək aşağıda göstərilən sənədi tapırıq.
B21125605 (napr.gov.ge)
Sənəddə qeyd edildiyi kimi Multi Supply Park LLC Gürcüstanda Azad İqtisadi Zonada qeydiyyatdan keçmiş ofşor şirkətdir. Qeydiyyat sənədlərinə əsasən şirkətin sahibi və direktoru Samir İbadullayev adlı şəxsdir. Mənzil Kommunal Təsərrüfat Departamentinin işçilərinin bildirdiklərinə görə, bu şirkətin faktiki sahibi Rafael Mehralıyevdir. Samir İbadullayev isə Rafael Mehralıyevin yaxın adamıdır. Rafael Mehralıyev Samir İbadullayev adına olan şirkətlər vasitəsilə tez tez pul nağdlaşdirma əməliyyatları edir.
Yeri gəlmişkən, mediada Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri afael Mehralıyev tender maxinasiyaları, biznesi haqda kifayət qədər faktlar açıqlanıb.
Rafael Mehralıyev
Şirkətlə bağlı digər bütün sənədləri isə növbəti səhifədən əldə etmək olar.
Registry of entrepreneurial and non-entrepreneurial (non-commercial) legal entities (reestri.gov.ge)
Dövlət satınalmalar saytında nəzər yetirsək, görərik ki, 2020 və 2021-ci illərdə Bakı Şəhər Mənzil Kommunal Departamentinin müxtəlif qurumları “AZ-TEX-IMPORT” MMC-dən (VÖEN 2004502101) 4 milyon manatda yuxarı məbləğdə Nəqliyyat və xüsusi texnikaların satınalınmasına dair 5 müqavilə imzalamışdır.
Satınalan təşkilatın adı
Qalibin adı
Qalibin VÖENİ
Malların (işlərin/xidmətlərin) adı
Musabiqənin adı
Məbləğ
Dərc edilmə tarixi
Başlama tarixi
Bitmə tarixi
1
BAKI ŞƏHƏR FƏVVARƏLƏRİN İSTİSMARI İDARƏSİ
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti
2004502101
Nəqliyyat və xüsusi texnikaların satınalınması
Nəqliyyat və xüsusi texnikaların satınalınması
967 775,82
18.02.2021
15.01.2021
15.04.2021
2
MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti
2004502101
Nəqliyyat və xüsusi texnikaların satınalınması
Nəqliyyat və xüsusi texnikaların satınalınması
980 914,00
15.02.2021
04.01.2021
04.04.2021
3
BAKI ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİNİN 3 SAYLI XÜSUSİ TƏYİNATLI MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti
2004502101
Nəqliyyat və xüsusi texnikaların satınalınması
Nəqliyyat və xüsusi texnikaların satınalınması
912 820,00
15.02.2021
12.01.2021
12.04.2021
4
XƏZƏR RAYON MƏNZİL- KOMMUNAL TƏSƏRRÜFATI BİRLİYİ
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti
2004502101
Nəqliyyat və xüsusi texnikaların satınalınması
Nəqliyyat və xüsusi texnikaların satınalınması
158 120,00
09.12.2020
08.12.2020
27.02.2021
5
BAKI ŞƏHƏR MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİ
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti
2004502101
Nəqliyyat və xüsusi texnikaların satınalınması
Nəqliyyat və xüsusi texnikaların satınalınması
988 722,00
04.12.2020
05.02.2021
06.05.2021
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin saytından məlum olur ki, elə həmin AZ-TEX-IMPORT MMC-nin də qanuni təmsilçisi Rəfael Mehralıyevin yaxın adamı Samir İbadullayevdir.
Kommersiya qurumunun adı
VÖEN
Vergi uçotu orqanının adı
Təşkilati-hüquqi forması
Hüquqi ünvanı
Nizamnamə kapitalı
Maliyyə ili
Qanuni təmsilçi
Dövlət qeydiyyatına alındığı tarix
Reyestrdən son dəfə verilmiş çıxarışın tarixi
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti
2004502101
2 saylı Ərazi Vergilər Baş İdarəsi
Məhdud məsuliyyətli cəmiyyət
AZ1142, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, TELNOV, ev 2347/48, m. 290
226010.00 AZN
01.01 – 31.12
SAMİR İBADULLAYEV SAHİB OĞLU
19.07.2017
17.11.2020
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və cavabdeh şəxslərindən məsələyə münasibət öyrənə bilmədik. Bütün cəhdlərimizə baxmayaraq, qarşı tərəfin mövqeyini almaq mümkün olmadığı üçün məlumat birtərəfli qaydada işıqlandırılır. Bütün hallarda qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70