Aslan İsmayılov: “Əminəm ki, həmin filmin sifarişçisi Rusiya xüsusi xidmət orqanlarıdır”

Oxunma sayı: 174
8-04-2022, 21:28

Aslan İsmayılov: “Əminəm ki, həmin filmin sifarişçisi Rusiya xüsusi xidmət orqanlarıdır”
"1990-cı illərdən bu günə qədər ictimai-siyasi həyata söyüş, əxlaqsızlıq, intriqa gətirən bir qrup şəxslər var ki, onları hamı tanıyır. Bunların əksəriyyəti dəfələrlə əqidələrini, cəbhələrini dəyişsələr də ictiami-siyasi həyatda aktiv fəaliyyətlərini davam etdirirlər. Bir çoxları böyük bizneslərə, mətbuat holdinqlərinə sahib olublar, bəziləri deputat, partiya sədrləridir. Bunlar pul, vəzifə üçün nəinki əqidələrini, vətənlərini də həmişə hərraca qoyublar və bu gün dövlətimiz, cəmiyyətimiz üçün xüsusi təhlükə kəsb edirlər. Şərəf, ləyaqət, dövlətçilik nə olduğunu bilməyən bu dəstə bir-birilərinə nifrət etsələr də onları ifşa edənlərə qarşı dərhal birləşib səlib yürüşləri həyata keçirirlər".

Arasdırma.info xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

"Ən dəhşətlisi də odur ki, ölkə rəhbərliyi, xüsusi xidmət orqanları bunların hansı yuvanın quşları olduqlarını çox yaxşı bilirlər. Cəmiyyətin onlardan yaxa qurtarmaq istəməsinə baxmayaraq hakimiyyət yenə də onları yemləməkdə davam edir, çünki bəzən fəaliyyətləri onları qane etməyənlərə qarşı istifadə edirlər. Bu murdar dəstə guya Rusiya, Ermənistan cəsusu olmağım barədə Rusiya xüsusi xidmət orqanları üslubunda böyük bir film hazırlayıb tirajlayırlar ki, guya Sumqayıt hadisələrini mən təşkil etmişəm. Əminəm ki, həmin filmin sifarişçisi Rusiya xüsusi xidmət orqanlarıdır. Ona da əminəm ki, bu faktı Azərbaycan xüsusi xidmət orqanları da çox yaxşı bilirlər. Ancaq nə üçün susduqlarını, heç bir tədbir görmədiklərini hələ də anlaya bilmirəm. Əvvəllər bu böhtan, iftira kampaniyasına R.Mehdiyev-Ə.Həsənov cütlüyünün başçılıq etdiyindən xüsusi xidmət orqanlarının ehtiyat etdiklərini güman edirdim. Bu gün isə heç nə anlaya bilmirəm. Əgər tirajlanan faktlar düzdürsə mən Vətən xaini kimi həbs edilməliyəm. Yox, böhtandırsa bunu təşkil edənlər müəyyən edilib məsuliyyətə cəlb edilməlidirlər", Aslan İsmayılov qeyd edib.

"Məlumat üçün bildirim ki, Sumqayıt hadisələri zamanı Azərbaycan xalqına atılmış iftiranı ifşa etdiyim “ Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabını təkbaşına azərbaycan, rus, ingilis, türk, alman dillərində çap etdirib uzun illərdir ki, dünyaya yayırdım. 22 fevral 2022-ci il tarixdə bu kitabın Ankara şəhərində Tükiyə Prezidenti kitabxanasında Türkiyə Prezidenti R.T.Ərdoğanın baş müşaviri, professor Seyit Sertçeliyin ön söz yazdığı variantının türk, ingilis və fransız dillərində təqdimatı keçirildi. Bu barədə daha ətraflı məlumatı Sizə də təqdim edəcəm", tanınmış hüquqşünas sonda vurğulayıb.//Demokrat.az

Paylaş
Xəbər lentİ