“Ölkədə ərzaq məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bahalaşma da insanların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Bu da yaxşı hal deyil. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ciddi iqtisadi böhran təhlükəsi yaradır”.
Arasdırma.info xəbər verir ki,bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib
Millət vəkilinin sözlərinə görə, qiymət artımı dünyada gedən proseslərlə bağlı olsa da, baş verənlər fonunda qiymətləndirmə aparıb yaranmış iqtisadi çətinliklə bağlı müvafiq addımlar atılmalıdır: ”Mütləq şəkildə vətəndaşların vəziyyətini yüngülləşdirən addımlar atmalıdır”.
Millət vəkili təəssüflə bildirib ki, Azərbaycanda qeyri-neft sektorunu lazımi səviyyədə inkişaf etdirilməyib: “Korrupsiya buna imkan vermədi. Əgər bu sahəni inkişaf etdirə bilsəydik, belə problemlərlə də qarşılaşmazdıq”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70