Birinci Qarabağ savaşında könüllü olaraq döyüşən, desant kəşfiyyatçı Erbol Barınbetovun ailəsi 28 ildən sonra onun məzarına qovuşub.
Arasdırma.info Bakupost.aza istinadən xəbər verir ki, Qazaxıstanın Jambılskiy əyalətindən olan hərbçi Erbol 1993-cü ildə Azərbaycan silahlı qüvvələrinə qoşularaq, Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi təyinatlı qrupda döyüşüb.
Qarabağdakı erməni separatçılarına qarşı igidliklə döyüşən qazax qəhrəmanı Qazax və Kəlbəcər uğrunda gedən döyüşlərdə xüsusilə seçilib.
1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən mükafatlandırılıb.
Atəşkəs elan olunmasına az qalmış, 1994-cü ilin 20 aprelində Erbol Barınbetov sonuncu döyüşlərin birində yaralanaraq şəhid olur və Şəhidlər Xiyabanında dəfn olunur.
Uzun illər ailəsi, qardaşı, valideynləri onun taleyindən xəbərsiz olub. Ölüm-itim xəbərini almayıblar.
Azərbaycan tərəfdən, jurnalistlər, veteranlar, Qarabağ döyüşçülərinin araşdırmaları nəticəsində Erbolun Qarabağda şəhid olduğu öyrənilir, onun məzarı tapılır və ailəsinə məlumat verilir.
28 il sonra ilk dəfə şəhidin ailəsi Bakıya, Şəhidlər Xiyabanına gələrək Qarabağ uğrunda canından keçən qazax oğlunu ziyarət edib, ruhuna Quran oxuda biliblər.
Şəhidin ailə üzvləri Elbolun Azərbaycan Qazaxıstan qardaşlığının qəhrəmanlıq simvolu olacağına əmindir.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70