Mübariz Mənsimovdan diasporumuza ağır ittihamlar: “Yazıq AST Telmanı batırdılar” - VİDEO

Oxunma sayı: 187
3-05-2022, 17:57

Mübariz Mənsimovdan diasporumuza ağır ittihamlar: “Yazıq AST Telmanı batırdılar” - VİDEO
"Rusiyada yaşayan zənginlər Azərbaycan üçün nə ediblər? Deyirlər ki, diasporuq. Diaspor olaraq, Rusiyada, Ukraynada və ya başqa ölkədə nə etmisiz? Ortaya bir şey çıxartsınlar ki, bunu etmişik. Orta sinif zənginlər dəstək üçün əlindən gələni edir, amma güclülərin nəyisə etdiklərini görmürəm".


Arasdırma.info xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müsahibəsində deyib.
M. Mənsimov Telman İsmayılovdan da danışıb:
"Hər kəs Telmanın "batdığına" sevinir. Telman hara gedirdi azərbaycanca danışırdı, azərbaycanlılar üçün iş yerləri açırdı. Restoran açırdısa, adını Azərbaycan qoyurdu. Diaspor üçün nələrsə edirdi. O "batanda" elə sevindilər ki... Öz- özümə dedim, nə qədər yazığıq, nə qədər bədbəxt millətik, içimizdən birini yox edirlər və biz buna sevinirik. Bu, yazığı "batırmaq" üçün bir proyekt idi. Bir azərbaycanlı da ona sahib çıxmadı. Məni də elə bu üzdü".//bakupost
Daha ətraflı videoda:

Paylaş
Xəbər lentİ