“Şərurlu İsfəndiyar” Gömrük Komitəsi ilə məhkəmə çəkişməsində

Oxunma sayı: 169
6-05-2022, 08:13

“Şərurlu İsfəndiyar” Gömrük Komitəsi ilə məhkəmə çəkişməsində
Dövlət Gömrük Komitəsi “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova cərimə protokolu yazıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, Komitə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə cərimə protokolu tərtib edilib.



Daha sonra baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.



Hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.



Qərara əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilib və qərar ləğv edilib.



Qeyd: Son illər İsfəndiyar Axundovun başı məhkəmə qalmallarına qarışıb. Belə ki, o, ləğv prosesində olan “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun cinayət işində zərərçəkmiş qismində tanınır. “Şərurlu İsfəndiyar” Nadir İsmayılovdan 5 milyon manat tələb edir.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. İsfəndiyar Axundovun isə zərəri ödənilməyib.



Bundan başqa, “Azərbaycan Beynəlxalq Bankı” ASC İsfəndiyar Axundov və onun şirkəti “Stil Tikinti” MTK-nı məhkəməyə verib. İddiaya mayın 12-də Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Paylaş
Xəbər lentİ