Aqil Abbas: “Görünür, AZAL “maya” qoyub ki, Operativ Qərargah quru sərhədlərini açmasın”

Oxunma sayı: 157
14-06-2022, 21:27

Aqil Abbas: “Görünür, AZAL “maya” qoyub ki, Operativ Qərargah quru sərhədlərini açmasın”
“Quru sərhədlər açılmalıdır. Cammat artıq boğaza yığılıb”.



Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas quru sərhədlərlə bağlı qadağanın hələ də götürülməməsinə münasibət bildirərkən deyib.



“Təyyarə biletlərinin qiyməti bahadır. Hamının təyyarə ilə harasa getməyə imkanı yoxdur. Görünür, AZAL “maya” qoyub ki, Operativ Qərargah quru sərhədlərini açmasın, sərnişini AZAL daşısın. Vəssalam!”, - deputat vurğulayıb.

Paylaş
Xəbər lentİ