“Qeyri-etik davranışlarla reytinq toplamaq…”- Qulu Məhərrəmli aparıcıları tənqid etdi

Oxunma sayı: 153
1-07-2022, 22:56

“Qeyri-etik davranışlarla reytinq toplamaq…”- Qulu Məhərrəmli aparıcıları tənqid etdi
Televiziyada aparıcılarında dil qüsurları, efir mədəniyyətinə uyğun gəlməyən davrnanışları, səmimiyyət problemi hələ də öz aktuallığını qoruyur. Keçirilən monitorinqlər fonunda xəbərdarlıqlara baxmayaraq Azərbaycan televiziya məkanında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Bəs Azərbaycan efirlərində aparıcıların əsas çatışmazlıqları, qüsurları nələrdir? Reytinq toplamaq üçün yol verdikləri davranışlar tamaşaçıları qane edirmi?

Arasdırma.info xəbər verir ki,Sitat.info-ya açıqlamasında bu sualları cavablayan teletənqidçi, professor Qulu Məhərrəmli bu gün Azərbaycan teleməkanında aparıcı probleminin olduğunu bildirdi: ”Xüsusən yaxşı şou proqramı aparıcılarına ehtiyac var. Xəbər, analitik, ictimai-siyasi proqramlarda aparıcılar ümumən səviyyə etibarilə standartlara müəyyən qədər uyğundurlar. Bizim ən ciddi problemimiz şou proqramlarının aparıcıları ilə bağlıdır. Zamanında Azərbaycan teleməkanında Azər Axşam, Dilarə Əliyeva kimi yaxşı, maraqlı şou aparıcıları var idi. Təəssüf ki, o tip aparıcılar nisbətən azalıb. Yeni, təcrübəsiz, efirin cazibəsinə düşən, amma efir standartlarına əməl edə bilməyən xeyli şou aparıcıları var”.


Q.Məhərrəmli bildirdi ki, onların əsas problemləri ciddiliklə şou arasında balansı qoruya bilməməkləridir: “Peşəkarlıq ona imkan vermir ki, həm ciddi mətləblərdən danışılsın, həm də hər hansı mövzu şou rakursundan təqdim edilsin. Yüksək intellekt, yaxşı artistizm, ünsiyyət bacarığı, çevik ağıl , kommunikativlik kimi əlamətlər şou proqramlarının aparıcılarında təəssüf ki, çatışmayan cəhətlərdir”.

Teletənqidçinin sözlərinə görə, şou elə bir şeydir ki, insanın içindən gəlməli, təbiətində olmalıdır: ”Bizim televiziya məkanının əsas problemlərindən biri budur. Ümumiyyətlə son 5-6 ilə nisbətən televiziyalarda irəliləyiş var. Yeni layihələr təqdim edirlər, maraqlı formalar tapmağa çalışırlar. Bunlar hamısı göz önündədir, etməsələr rəqabətə tab gətirməzlər və bu tezliklə televiziya üçün problemlər yarada bilər”.

Professor qeyd etdi ki, qeyri-etik davranışla tamaşaçı rəğbətini qazanmaq, reyting toplamaq bu məsələnin ən ağrılı cəhətidir: “Yaxşı, ağıllı düşünülmüş təsirli şoular etmək mümkündür. Kobudluğa yol vermək, yalançı şoular düzəltməklə yox, normal tərzdə proqramlar hazırlayıb təqdim etmək məqsədəuyğundur”.
“Qeyri-etik davranışlarla reytinq toplamaq…”- Qulu Məhərrəmli aparıcıları tənqid etdi

Paylaş
Xəbər lentİ