Mirşahin: "Hanı bizim media kapitanları? — "Mövqeyinizi göstərin!"

Oxunma sayı: 137
11-09-2022, 19:29

Mirşahin: "Hanı bizim media kapitanları? — "Mövqeyinizi göstərin!"
Tanınmış telejurnalist Mirşahin Ağayev "Xural TV" internet kanalının rəhbəri Əvəz Zeynallının və vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirib.

Arasdırma.info xəbər verir ki, Mirşahin Ağayev sözügedən şəxslərin konkret cinayət əməlinə görə həbs oldunduğunu, ancaq yenə də bunun üzərindən Azərbaycan dövlətinə qarşı qarayaxma kampaniyası başladıldığını söyləyib.


Mirşahin Ağayev Azərbaycan dövlətinə qarşı bu cür kampaniya aparan şəxslərə "media kapitanları"nın hələ də reaksiya verməməsindən təəssüfləndiyini deyib:

"… Və ən maraqlı müşahidələrimdən biri: hanı bizim media kapitanları? Bu saat hər kəs ortada olmalıdır axı. Nə əcəb qeybə çəkiliblər? Jurnalistika və reketçilik — onları daim məşğul etməli olan problem deyildi? Yoxsa gözləyirlər ki, dalğa yatsın, sonra çıxsınlar su üzünə?! Yenə də kəpənək qanadlarına tatu döydürmək üçün arılar arasında iynə-tikan tenderinə başlasınlar?! Qarabağ, Şuşa, Zəngəzur mövzularında- əsasən romantik seyrangah səviyyəsindən o yana getməyənlər, qələbəmizin səviyyəsinə qalxa bilməyənlər, bəlkə də qalxmaq istəməyənlər başqa ciddi məsələlərdə də “az aşım, ağrımaz başım” deyə keçinirlər. Mövqeyinizi göstərin! Əlbəttə, əgər varsa! Söhbət yalnız hər hansı “Xural”-dan, əlahiddə götürülmüş Əvəzdən, hansısa vəkil Elçindən getmir. Söhbət 44 günlük qələbədən sonra yaranmış qürur mühitindən, ona layiq olmaq iradəsindən, şəffaf gələcəyin həm də bizim sıralardan başlamasından gedir!".//demokrat

Paylaş
Xəbər lentİ