“Dedi ki, cin girdi beynimə” - 1 yaşlı körpə qətlinin təfərrüatları - VİDEO

Oxunma sayı: 138
13-09-2022, 04:40

“Dedi ki, cin girdi beynimə” - 1 yaşlı körpə qətlinin təfərrüatları - VİDEO
Bakıda qadın körpə övladını qətlə yetirib.

Arasdırma.info Suraxanı Rayon Prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.//bakupost

Paylaş
Xəbər lentİ