"Putinin səfərbərliyi göstərdi ki, rusların onun işğalçı müharibəsini dəstəkləyən hissəsi heç də 80 faiz deyil" - ƏRƏSTUN ORUCLU

Oxunma sayı: 124
30-09-2022, 01:32

"Putinin səfərbərliyi göstərdi ki, rusların onun işğalçı müharibəsini dəstəkləyən hissəsi heç də 80 faiz deyil" - ƏRƏSTUN ORUCLU
"Rusiyadan qaçanların sosial mediada aşağılanması faktiki ölkəyə sığınanları ilk addımdan nifrətə kökləməkdən başqa heç nə deyil"

"Putinin cinayətkar rejiminin işğalçı müharibəsinin qurbanı olmaqdan qaçan rusların pənah apardıqları ölkələrdə "Krım kimindir?" tipli suallara cavablarını çəkib yaymaq həm etik, həm hüquqi, həm də siyasi baxımdan daha çox ziyan vurur, nəinki xeyir gətirir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu bildirib.

Siyasi şərhçi hesab edir ki, bunun heç bir xeyri yoxdur, çünki onların dedikləri dara düşmüş insanın xilas olması üçün gözlənilən cavabı verməyə məcbur olmaqdan başqa heç nəyi ifadə etmir: "Ziyanına gəldikdə isə bu, Kreml təbliğatına Rusiyada millətçiliyi qızışdırmaq və ruslarda başqa xalqlara nifrəti artırmaq üçün xeyli əsaslar verir. Əminəm ki, çox yaxın zamanlarda belə paylaşımların Rusiyada rəsmi təbliğat tərəfindən istifadə olunduğunun şahidi olacağıq. Digər tərəfdən, belə hallar ölkəyə gələn rusların özləri tərəfindən onların ləyaqətinin alçaldılması kimi qəbul olunacaq".

Ərəstun Oruclunun fikrincə, Putinin səfərbərliyi göstərdi ki, rusların onun işğalçı müharibəsini dəstəkləyən hissəsi heç də 80 faiz deyil: "Bu gün Rusiyadan qaçanların yeganə marağı özünü xilas etməkdir. Belə insanların həmin şərtlərlə qəbul edilərək sosial mediada aşağılanması isə faktiki ölkəyə sığınanları ilk addımdan nifrətə kökləməkdən başqa heç nə deyil".//hurriyet

Paylaş
Xəbər lentİ