AMEA-da işdən çıxarılanların sayı açıqlanıb.

Oxunma sayı: 160
9-10-2022, 18:48

AMEA-da işdən çıxarılanların sayı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi qurumlarının Elm və Təhsil Nazirliyinə birləşdirilməsindən sonra Akademiyada işdən çıxarılanların sayı müəyyənləşib.

Arasdırma.info xəbər verir ki, ümumilikdə 1500-ə yaxın əməkdaş işdən çıxarılıb. Onlar əsasən AMEA-nın Rəyasət Heyətinin əməkdaşları və texniki heyət işçiləridir.

Bundan başqa AMEA-nın 6000 yaxın işçisi fəaliyyətini Elm və Təhsil Nazirliyinin tabeçilyində davam etdirəcək.

Nazirlər Kabinetinin qərarına əsasən, AMEA işçilərinin sayı isə 3 510 nəfər olacaq (qaynarinfo).

Paylaş
Xəbər lentİ