Videosuna görə rəzil olan ,işdən çıxarılan sabiq deputat : ""Səlahiyyətim olsaydı, “TikTok”u ləğv edərdim" - Video

Oxunma sayı: 142
30-10-2022, 20:37

Videosuna görə rəzil olan ,işdən çıxarılan sabiq deputat : ""Səlahiyyətim olsaydı, “TikTok”u ləğv edərdim" - Video
“Mənim səlahiyyətim olsaydı, “TikTok”u və digərlərini ləğv edərdim”.
Arasdırma.info xəbər verir ki, bu sözləri sabiq deputat Hüseynbala Mirələmov APA TV-yə müsahibəsində deyib.
“Sosial şəbəkədə oxuyursan ki, üç uşağın anası, iki uşağın anası ailəsini, uşaqlarını atıb, qoşulub kiməsə qaçıb. Bu internetin xidmətləridir. Azərbaycanıq, bizim özümüzün mentalitetimiz var. Bizim adətlərimiz, əxlaqımız var. Elə şey olar, üç uşağın anası qoşulub kiməsə getsin. Bu biabrçılıqdır”, - deyə sabiq deputat bildirib.
Onun sosial şəbəkələrin ləğv edilməsi ilə bağlı dedikləri müzakirələrə səbəb olub.

Paylaş
Xəbər lentİ