Bakıda mənzil bahalaşıb,ən azı 20 faiz...

Oxunma sayı: 148
2-11-2022, 17:44

Bakıda mənzil bahalaşıb,ən azı 20 faiz...
Son 2 ayda Bakıda mənzillərin qiyməti qalxıb.
Araşdırma.infoxəbər verir ki,bu barədə respublikada fəaliyyət göstərən mənzil satılı saytları,eləcə də daşınmaz əmlak reuterləri məlumat verir.
Yay aylarında mənzillərin orta hesabla 1 kv metrin qiyməti 1200 -1600,şəhərin mərkəzində isə 2000-2500 arasında idi.Bir neçə ay ərzində qiymətlər 300-500 AZN hər bir kv.metrə görə qalxıb.
Hazırda Yasamal,Suraxanı,Abşeron,Nizami,Xətai rayonlarında 2otaqlı təmirli mənzilin qiyməti 120-150 min AZN təşkil edir.Mərkəzdə,Səbail,Nəsimi,Nərimanov rayonunda isə 2 və 3 otaqlı mənzillər 200-300 min AZN -ə çıxarılıb.
Mütəxəssislər qiymətlərin qalxmasının səbəbini tikinti materiallarının qiymətinin artması ilə əlaqələndirir.
Ən əsas səbəblərdən biri isə,Bakıda kirayə mənzillərin tapılmamasıdır.Rusiya,Ukrayna və regionlardan mərkəzə axın olduğundan kirayə mənzil tapmaq çətinləşib.Sərmayəsi olanlar isə əldə olan vəsaitləri daşınmaz əmlaka yönəldirlər.

Paylaş
Xəbər lentİ