Bakı Oksford Məktəbi Rasim Məmmədov və Ramiz Mehdiyevdən alınır - VƏKİL İSƏ PROKURORLUĞUN BU TƏLƏBİNİ QANUNSUZ HESAB EDİR

Oxunma sayı: 130
23-11-2022, 18:48

Bakı Oksford Məktəbi Rasim Məmmədov və Ramiz Mehdiyevdən alınır - VƏKİL İSƏ PROKURORLUĞUN BU TƏLƏBİNİ QANUNSUZ HESAB EDİR
Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədova cəza istəyib.

Arasdırma.info xəbər verir ki, dövlət ittihamçısı iş adamının özəl mülkiyyətlərinin də müsadirə olunmasını tələb edib.

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə prokurorluğu qanunsuzluqda günahlandırıb: “Rasim Məmmədov heç vaxt məmur olmayıb və ona qarşı irəli sürülmüş ittihama dövlətin heç bir aidiyyəti yoxdur, amma dövlət ittihamçısı bu günkü çıxışında xüsusi müsadirə tələb edib.

Dövlətə heç bir zərər dəymədiyi halda xüsusi müsadirənin həyata keçirilməsi müsadirə hüququndan sui-istifadədir”.

Araşdırması zamanı isə bəlli olub ki, müsadirəsi tələb olunanlar arasında ölkənin məşhur təhsil oacaqlarından biri olan Bakı Oksford Məktəbi də var.

Qeyd edək ki, Məmmədovun həbsindən sonra onun özü və yaxınlarının bir sıra əmlaklarının, o cümlədən Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub.

Bu məktəbin həmtəsisçisi işadamının həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə məktəbin üzərinə həbs qoyularkən istintaq orqanı bu məktəbi 22 milyon 487 min manat qiymətləndirib.



Elçin Sadıqov saytımıza açıqlamasında deyib ki, iş adamı özü bu barədə danışıb: “Hakim bu barədə sənədləri elan edəndə Rasim Məmmədov deyib ki, onlar məktəbin yeganə sahibi deyil. Məktəbin 50 faizi başqasınındır”.

Əməkdaşımızın araşdırması zamanı isə Bakı Oksford Məktəbinin əsas şəriklərindən birinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaxınları olduğu bəlli olub.//hurriyet.az

Paylaş
Xəbər lentİ