Kimsə nazir olsun deyə nazirlik yaratmalıyıq? - Zahid Orucun təklifi top-tüfənglə qarşılandı

Oxunma sayı: 131
21-12-2022, 19:00

Kimsə nazir olsun deyə nazirlik yaratmalıyıq? - Zahid Orucun təklifi top-tüfənglə qarşılandı
Milli Məclisin dünən keçirilən iclasında deputat Zahid Oruc Ailə Məsələləri Nazirliyinin yaradılması ilə bağlı təkliflə çıxış edib.
Deputat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni tələbələrə uyğunlaşdırmaq üçün bunun vacib olduğunu bildirib.
Doğrudan da yeni nazirliyin yaradılmasına ehtiyac varmı?

Məsələ ilə bağlı "Ümid" Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Bakupost.az -a açıqlama verib.
O, belə bir nazirliyə ehtiyaz olmadığını bildirib: “Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi var və fəaliyyət göstərir. Nazirliyə nə ehtiyac var? Əksinə, nazirlikləri birləşdirib sayını azaltmaq lazımdır”.

Ağ Partiyanın sədri Tural Abbaslı da Bakupost.az -a açıqlamasında yeni nazirlik yaradılmasını əlavə xərc kimi qiymətləndirib:
“Bu məsələlərlə bağlı dövlət komitəsi var. Demək olar ki, nazirlik statusundadır. Yeni nazirliyin yaradılması əlavə xərcdən başqa bir şey olmayacaq. Kimsə nazir olsun deyə nazirlik yaratmalıyıq? Bu məsələ ilə bağlı komitə rəhbəri də iş görə bilər, uşaqların, qadınların qayğısına qala bilər. Ona görə də nazirlik yaradılmasının artıq məsələ olduğunu düşünürəm”.
T.Abbaslı hazırda mövcud olan nazirliklərin fəaliyyəti ilə bağlı da fikirlərini bildirib:
“Nazirliklərin yaradılması və ya ləğv olması zamanın tələbinə uyğun olmalıdır. Hazırda Azərbaycanda kifayət qədər nazirliklər mövcuddur. Sadəcə, onların normal işləməsi lazımdır. Nazirlərin dəyişməsinə isə ehtiyac var. Çünki ortaya nəticə qoya bilməyən nazirlər dəyişməlidir”.

Paylaş
Xəbər lentİ