Vasif Talıbov milyonluq retro maşınlarını təcili hara apardı? - VİDEO

Oxunma sayı: 104
30-12-2022, 08:58

Vasif Talıbov milyonluq retro maşınlarını təcili hara apardı? - VİDEO
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir.



Arasdırma.info xəbər verir ki, Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib.



Belə ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb. Bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub. Hazırda sözügedən maşınların “Gəmiqaya Holdinq”in ərazisinə gətirilməsi ilə bağlı iddialar var.



Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra ona məxsus “Nəşqicahan” holdinqin tərkibindəki bir sıra ticarət obyektlərindəki mallar endirim adı ilə dəyər-dəyməzinə satılıb. Bundan başqa, Talıbovun Naxçıvanda yerləşən fermasında olan mal-qaranın da təcili kəsilərək satışa çıxarıldığı gələn xəbərlər arasındadır.(qafqazinfo)

Paylaş
Xəbər lentİ