Xankəndində qarşıdurma: yeni "təyinatlar" nəyə hesablanıb? - ŞƏRH

Oxunma sayı: 149
12-01-2023, 01:10

Xankəndində qarşıdurma: yeni "təyinatlar" nəyə hesablanıb? - ŞƏRH
Qarabağdakı separatçı rejimin rəhbərliyi yeni təyinatlar edib.
Bir sıra şəxslər tutduqları postdan azad edilib, yeni xarici işlər, ədliyyə, şəhərsalma, sosial inkişaf və miqrasiya "nazirləri" təyin edilib.
Qeyd edək ki, separatçıların "dövlət naziri" Ruben Vardanyan Qarabağda gəldikdən sonra separatçıların "lideri" Arayik Arutunyan tez-tez belə "kadr islahatları" aparır.

Xankəndində baş verən kadr dəyişikliklərini Bakupost.az -a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, artıq Arayik Arutunyan marionet fiqura çevrilib:
"Bütün məsələləri Moskvanın Xankəndinə göndərdiyi Ruben Vardanyan həll edir. Ruben Vardanyan "dövlət naziri", separatçıların təbirincə desək, baş nazirdir. O, özünə yeni komanda formalaşdırır. Bundan öncə də bir neçə "nazir"i dəyişib. Üstəgəl, Vardanyan onunla münaqişəyə girən "Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyanı da idarəçilikdən uzaqlaşdırdı".
Elxan Şahinoğlunun sözlərinə görə, hazırda Arayik Arutunyan Ruben Vardanyanın dediklərini edir:
"Görünür, Arutunyan Vardanyandan aldığı təlimatlar əsasında bu yerdəyişmələri həyata keçirilir".
Politoloq hesab edir ki, separatçılar arasında ciddi mübarizə gedir:
"Arayik Arutunyan Ermənistanın baş naziri Nikol Paşinyanın adamı sayılır. Vaxtilə onun prezident seçilməsinə də Paşinyan dəstək oldu. Vitali Balasanyan Paşinyana müxalif olan Qarabağ klanının adamıdır. Robert Köçəryan və Serj Sərkisyanla sıx təmasdadır. 3-cü qüvvə kimi Ruben Vardanyanı göstərə bilərik. O, milyarder idi. Onu Moskvadan Qarabağa zorla Vardanyan Rusiyanın layihəsidir. Düzdür, əslində hamısı Rusiyaya bağlıdır. Amma Ruben Vardanyan birbaşa Rusiyanın layihəsidir. Bu 3 qüvvə arasında həm mübarizə gedir, həm də ittifaqlar yaranır".//bakupost

Paylaş
Xəbər lentİ