Ermənilərin Qarabağda qanunsuz hərbi hissələri - FOTOFAKT

Oxunma sayı: 122
17-01-2023, 23:55

Ermənilərin Qarabağda qanunsuz hərbi hissələri - FOTOFAKT
Azərbaycanın Qarabağ iqtisadi rayonunda, rus sülhməranlılarının müvəqqəti məsuliyyət zonasında Ermənistan Müdafiə Nazirliyinin qanunsuz hərbi birləşmələrinin siyahısını tərtib edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı fotolar və koordinatlar “Bez Tormozov” Telegram kanalında yer alıb.

Mənbə qeyd edib ki, Laçın dəhlizindən qanunsuz olaraq hərbi məqsədlər üçün istifadə edən Ermənistan hərbi sursat və ləvazimatlar daşımaqla, hərbi hissələrdən birini Xankəndi yaxınlığında (koordinatlar:39.828991, 46.761836), Heyvalı (koordinatlar: 40.144956, 46.595711), Xocalı (koordinatlar: 39.893010, 46.796251), Xocavənd (39.743358, 47.123237), Xankəndi (koordinatlar: 39.866551, 46.767794) və Yuxarı Orataqda, keçmiş Ağdərə rayonunda (koordinatlar: 40.139753, 46.547722) qurublar.

Paylaş
Xəbər lentİ