200 min manat mənimsəmədə adı hallanan vəkil danışdı.

Oxunma sayı: 235
25-02-2023, 20:55

200 min manat mənimsəmədə adı hallanan vəkil danışdı.
Bu gün haqqında yayılan məlumata etiraz edən vəkil Sünbülə Əliyeva redaksiyamıza zəng edərək məsələyə aydınlıq gətirib.
Belə ki,Mətbuatda yayılan məlumatda qeyd olunur ki,vəkil məhkəmənin çağırışına məhəl qoymur və iclaslara gəlmir.
Vəkil bildirdi ki,o,heç yerə getməyib,evindədir,sağlamlığında ciddi problem var.Məhkəmə prosesi zamanı iki əməliyyat keçirib.Bu barədə məhkəməyə hər dəfə müraciət edib və sağlamlığı onu məhkəmədə iştirak etməsinə imkan vermir.Bu barədə tibbi arayışlar təqdim olunub və olunacaq.
Bundan başqa, vəkil qeyd etdi ki,işlədiyi bir saylı hüquq məsləhətxanasında mənimsəmə deyilən bir şey yoxdur.Ödənişlər vəkillərin məzuniyyət və ezamiyyət və digər xərclər üçün xərclənib.Məhkəmə bu məsələni dəqiq araşdırmalı,maliyyə sənədləri təhqiq edilərək obyektiv qərar çıxarmalıdır.

Paylaş
Xəbər lentİ