Bakıda zorla maşına mindirilən qadın başına gələnləri danışdı - VİDEO

Oxunma sayı: 152
3-03-2023, 20:14

Bakıda zorla maşına mindirilən qadın başına gələnləri danışdı - VİDEO
Atası, əri və qayınanası zorla avtomobilə mindirir.

Hətta qolu qapının arasında qalmasına baxmayaraq, onu maşına itələyirlər.

Qadın maşından düşüb qaçmağa cəhd etsə də, istəyinə nail ola bilmir...

Arasdırma.info Xəzər TV-yə istinadən xəbər verir ki, bir necə gündür, sosial şəbəkələrdə bu video müzakirə olunur.

Videodakı qadın isə 22 yaşlı Elvina Əhmədovadır. Onunla telefonla həmsöhbət olduq. Həyatının təhlükə altında olduğunu bildirən qadın nə üzünün görünməsini, nə də yaşadığı ünvanın bilinməsini istədi. Elvinanın iddiasına görə, başına gətirilənlər o kadrlarda görünəndən daha betərdir.

Elvinanın sözlərinə görə, illərdir çəkdiyi zülmlərə dözmədiyi üçün boşanmağa qərar verib və 3 yaşlı oğlu ilə birgə evi tərk edib. Qayınanası da öz doğma bibisidir.

Elvina uşaq vaxtı anasını ititib. Daha sonra isə analığı ilə böyüyüb.

Məsələdə adı hallanan Elvinanın qayınanasının yaşadığı ünvanda da olduq. Qapını döysək də, səsinin efirə verilməsini istəmədiyini bildirən bir ailə yaxını ilə həmsöhbət olduq. Həmin qadının sözlərinə görə, Elvinanın qayınanası Yaqut xanım və həyat yoldaşı Fərid bəy hazırda xəstəxanadadırlar. Onun sözlərinə görə, Elvinanın maşına o şəkildə mindirilməsində məqsəd onu incitmək yox, hazırda birlikdə qaldığı insanlardan uzaq tutmaq olub. Xanım onu da dedi ki, Elvinanın boşanmağına ailə qarşı deyil, onlar sadəcə onun ətrafındakı insanlardan narahatdırlar. Hazırda Elvinanın 3 yaşlı övladı isə Elvinanın atasındadır.

Biz də Elvinanın atası Yengibar bəylə telefon əlaqəsi saxladıq. Onun sözlərinə görə, qızı yanvarın 9-da onlara demədən evi tərk edib.

Yengibar bəy bildirdi ki, əgər qızı boşanmaq istəyirsə, ona dəstək olmağa hazırdır. Sadəcə, qızı boşanıb ata yurduna qayıtsın, başqa şəxslərlə birlikdə qalmasın. Yengibar bəyin sözlərinə görə, hazırda qızı isə bağlı o da hüquq-mühafizə orqanlarına şikayət edib və məsələnin qanuni müstəvidə həll olunmasını istəyir.

Paylaş
Xəbər lentİ