Yoldaşım vəzifəsindən istifadə edib uşaqları əlimdən alıb - Məmur xanımından şok sözlər

Oxunma sayı: 132
10-03-2023, 19:43

Yoldaşım vəzifəsindən istifadə edib uşaqları əlimdən alıb  - Məmur xanımından şok sözlər
Həyat yoldaşı tərəfindən evdən qovulan və uşaqları ilə görüşə imkan verilməyən qadın kömək istəyib.

Arasdırma.info xəbər verir ki,oxu24.com saytına müraciət edən Könül Ocaqova bildirib ki, həyat yoldaşı vəzifəli şəxs olmasından istifadə edərək onu evdən çıxardıqdan sonra,övladları ilə görüşə də imkan vermir.

“Mən 16 yaşımda olarkən atamın əmisi oğlu,özümdən 11 yaş böyük Polad Ocaqoğla ailə həyatı qurdum. Həmin vaxt yaşım nikaha düşmürdü. 13 il həyat yoldaşımla ailəli olduq,hazırda iki övladımız var. Qayınatam və qayınanam öldükdən sonra yoldaşım başqa qadınla mənə xəyanət etdi. Ondan sonra məni zorla evdən çıxardı.Evdən çıxan zaman əşyalarım,toyda mənə verilən qızıllar,geyimlərim hamısı evdə qaldı.Qayıdanda gördüm ki,yoldaşım evin açarını da dəyişib.O,gündən sonra övladlarımdan da ayrı düşdüm.”

Könül Ocaqova bildirib ki, hazırda onların işi məhkəmədədir.Xanım iddia edir ki, həyat yoldaşı işlədiyi vəzifədən istifadə edərək məhkəmənin çıxardığı qərarı yerinə yetirməkdən imtina edir.

“Həyat yoldaşım Polad Ocaqov Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin sədridir. O,vəzifəsindən,əlaqələrindən istifadə edərək məhkəmənin uşaqlarla görüş üçün icazə qərarının yerinə yetirilməsinə mane olur. Heç bir hüquqi əsas olmadan uşaqlarla mənim görüşümə imkan vermir.Bu işdə 3 icraçı dəyişib. Bu günə qədər uşaqları görə bilməmişəm.”

Könül Ocaqova bildirib ki, uşaqlarına ciddi təyziqlər var.Məqsəd isə məhkəməyə qədər uşaqları anaya qarşı hazırlamaqdır.

“Övladlarım mənə qarşı öyrədilir.Onlara yalandan deyilir ki, ananız sizi atıb gedib.İstəyirlər ki, məhkəmədə bu yolla uşaqları məndən alsınlar.Uşaqlarımla görüşə də imkan vermirlər ki,onlara həqiqəti deyə bilim”.





(Hüquqşünas Ellada Bayramova)

Könül Ocaqovanın hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Ellada Bayramova bildirib ki,Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar cavabdeh şəxs tərəfindən icra edilmir.



İddialarla bağlı Qaradağ Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin sədri Polad Ocaqovla əlaqə saxlanıb

O,səsləndirilən ittihamları əsassız adlandırıb.

“Mənim həyat yoldaşımla işim hazırda məhkəmədədir.Biz boşanma ərəfəsindəyik.Onlar məndən ir neçə otaqlı ev tələb edirdilər. Onların davası ev üstündədir.”

Paylaş
Xəbər lentİ