Fikrət Zeynalovu Nardarana baş həkim göndərdilər.

Oxunma sayı: 436
18-03-2023, 00:55

Fikrət Zeynalovu Nardarana baş həkim göndərdilər.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.
Arasdırma.info Qaynarinfo-ya istinadla bildirir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq.8 saylı Birləşmiş Şəhər Xəstəxanası Nardaran qəsəbəsində yerləşir.
Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi.

Paylaş
Xəbər lentİ