"3-4 ildən sonra taksi sürücüsü işləyirlər"

Oxunma sayı: 144
12-04-2023, 19:32

"3-4 ildən sonra taksi sürücüsü işləyirlər"
Xalq artisti Vidadi Həsənov özəl teatrların yaradılmasını təklif edib.

Arasdırma.info xəbər verir ki, o, bu haqda "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda danışıb. V.Həsənov bildirib ki, aktyorluq fakültəsini bitirənlər iş tapmaqda çətinlik çəkirlər:

"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən istedadlı tələbələrin bir hissəsi 3-4 ildən sonra taksi fəaliyyəti ilə məşğul olurlar. Bunun üçün özəl teatrlar olmalıdır. Qərarlarda, qanunlarda dəyişikliklər lazımdır. Teatrların formatı dəyişdirilməlidir. Rəqabət olmayan yerdə inkişaf da olmaz. Buna görə də yeni teatrlara ehtiyac var. Eyni zamanda bina problemi var. 17 müstəqil teatr var, yalnız ikisinin binası var. Nazirlikdən xahiş edirik ki, bizə divarları aşmaq üçün imkan yaratsınlar".//axsam.az

Paylaş
Xəbər lentİ