“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq edən şəxs kimdir?

Oxunma sayı: 121
13-04-2023, 19:41

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq edən şəxs kimdir?
Tikinti maqnatı, “Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-ya qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəməsi başlayır.

Arasdırma.info xəbər verir ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

İsfəndiya Axundov olayın təfərrüatlarını Qaynarinfo-ya açıqlayıb. Məlum olub ki, Rəşad Həsənov “Şərur” MTK-da komendant işləyib. O, təkcə İsfəndiyar Axundova deyil, 20-dən çox adama qarşı dələduzluq əməli törədib.

“Şərur” MTK-nın adından istifadə edərək 20-dən çox adamı aldadıb. Təkcə mənə qarşı 1 milyon manata yaxın dələduzluq edib”, deyə tikinti maqnatı bildirib.

İsfəndiyar Axundovun sözlərinə görə, Rəşad Həsənov tanıdığı şəxs olub: “Ailəsini də tanıyırdım. Ona görə işə götürmüşdüm. Amma dələduzluq etdi. Şirkətimizdə komendat işləməklə bərabər, həm də mebel müəssisəsinin rəhbəri idi. Onun ailəsini tanıdığıma görə etibar etmişdim. Amma etibarımdan su-istifadə edərək camaatı aldatdı”.

İsfəndiyar Axundov Rəşad Həsənovun 20-dən çox adama qarşı dələduzluq etdiyini bildirsə də, iş üzrə zərərçəkmiş kimi onun özü və “Şərur” MTK tanınıb. //qatnarinfo

Paylaş
Xəbər lentİ