"Azərbaycan xalqına nifrət edirəm" deyən "ekspert"... - Açıqlama

Oxunma sayı: 124
17-05-2023, 19:46

"Azərbaycan xalqına nifrət edirəm" deyən "ekspert"... - Açıqlama
"İran Azərbaycanda etnik və dini azlıqları, dini, hətta dünyəvi qrupları dəstəkləməklə daha da irəli gedə bilər. Nəhayət, İran Ermənistan, Hindistan və Rusiya ilə birgə Azərbaycana qarşı iqtisadi, hərbi, mədəni və kəşfiyyat sahələrində əməkdaşlığı gücləndirməlidir"
Arasdırma.info xəbər verir ki, bunu iranlı ekspert Ehsan Müvəhhədian "Armenianweekly"yə müsahibəsində bildirib.
Qeyd edək ki, adıçəkilən şəxs anti-Azərbaycan mövqeyilə fərqlənir.

Siyasi şərhçi Cəmaləddin Quliyev Bakupost.az -a açıqlamasında Ehsan Müvəhhədaninin Azərbaycanla bağlı radikal fikirlər səsləndirməsini belə izah edib:
"Onun"mən Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dilinə nifrət edirəm" deməsi təsadüf deyil. Şər yuvalarının öz içimizdə belə tiplər yetişdirməsinin qarşını almaq, boşluq buraxmamaq lazımdır”.

"Azərbaycan xalqına nifrət edirəm" deyən "ekspert"... - Açıqlama
C.Quliyevin sözlərinə görə, bu tip boşluğun aradan qaldırılması məsuliyyət yanlız dövlətin üzərində deyil:
“Cəmiyyətin, fərdlərin, xüsusən, ictmai rəyə təsir imkanı olanların daha çox məsuliyyətli olmasına ehtiyac var. Hər hansı artıq ifadə, hər hansı yersiz fikir təhlükəlidir. İndi daha çox dözümlü, daha çox qucaqlayıcı olmalı, ümumi evimizi ayrıb bölüşdürməkdən çəkinməliyik. Bu, yalnız bu günün də problemi də deyil. İllərdir erməni xüsusi xidmətlərinə bağlı dairələr, şəxslər "Azərbaycan layihəsi"ni ləğv etmək, Azərbaycandakı etnik və dini icmalar arasında ədavəti qızışdırmaq planlarını açıq müzakirə edir. II Qarabağ savaşından sonra bu idbar "estafet" Müvəhəddianın təmsil etdiyi dövlət tərəfindən davam etdirilir. Təbii ki, erməni ocağının imkanları ilə teokaratik bədheybətin imklanları bir deyil. Görünür, Ermənsitan və İran kəşfiyyatlarına işləyən dəstələrin eyni zamanda ifşa xəbərlərini gələcəkdə də izləyəcəyik...”//bakupost

Paylaş
Xəbər lentİ