Sinan Oğan ikinci turla bağlı qərarını bu tarixdə açıqlayacaq

Oxunma sayı: 110
18-05-2023, 08:24

Sinan Oğan ikinci turla bağlı qərarını bu tarixdə açıqlayacaq
ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan mayın 19-da ikinci turda hansı namizədi dəstəkləyəcəyi ilə bağlı qərarını ictimaiyyətə açıqlayacaq.

Arasdırma.info xəbər verir ki, mayın 14-də keçirilən ümumi seçkilər ikinci tura keçib. Seçkilərdə səs nisbəti kritik rol oynayan ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı, yoxsa Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyi maraq doğurur.


Jurnalist Kürşat Oğuza açıqlama verən ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan qərarını mayın 19-da açıqlayacağını bildirib.//azxeber

Paylaş
Xəbər lentİ