Ekstrasens Etibar yeni proqnozları ilə çıxış etdi.

Oxunma sayı: 223
15-06-2023, 08:07

Ekstrasens Etibar  yeni proqnozları ilə çıxış etdi.
Son zamanlar insanları maraqlandıran bir şey var,hər kəs gələcəkdə nələrin olcağı ilə maraqlanır.”Dünyada nə var,nə yox ?”,”Respublikamızda dolanışıqla bağlı nə xəbər var,yaxud nə yenilik var?”,”Bu işlərin axırı necə olacaq?”,Rusiya Ukrayna savaşı,Türkiyədəki seçkilərin Ərdoğanın qalib gəlməsi,Qarabağda Zəngəzur dəhlizi məsələsi və s. kimi suallar hər gün bizi düşünməyə məcbur edir.
Bu baxımdan bu məsələlər bütün insanları maraqlandırır.Qarşıda bizi nələr gözləyir sualına cavab olaraq tanınmış ekstrasens Etibar Nəsibli öz yeni proqnozlarları ilə yenidən gündəmə gəlib.
Araşdırma.info saytının bəzi suallarına Etibar Nəsibli maraqlı açılama verib.
Etibar bəy,qarşıda bizi nə gözləyir,yeeni nə kimi hadisələrlə bizi xəbərdar etmək istərdiniz?
-Əvvəla xalqımı salamlayıram və demək istəyirəm ki,qarşıda bizi çətin günlər gözləyir.
İqtisadi baxımdan müəyyən çətinliklər,dünya ərzaq bazarında krizis,qiymətlərin artmasına gətirib çıxaracaq.
Təbii ki,Azərbaycanda kənd təsərrüfatı malları bəddindən artıq bol olacaq.Amma ümumi insanlarda bir məyusluq və bədbinlik görürəm.
Rusiya və Ukrayna müharibəsi haqqında nə deyə bilərsiz?
-Bu barədə ciddi bir şey deyə bilmirəm,çünki Rusiya hazırda çox zəifləyib,artıq Ukraynanın qələbə çalması fikirinə gəlmək olar.Lakin ,onu qeyd edim ki,müharibə 2024-cü ilə kimi uzanacağ.
Türkiyədəki seçkilərin nəticləri,Ədoğanın Prezident seçilməsi nə kimi dəyişikliklərə səsəb ola bilər?
Mən siyasətə qarışmıram,qardaş ölkənin iqtisadiyyatında yaxşılığa doğru dəyişikliklər olacaq.Təbii fəlakət görmürəm və Azərbaycanla bağlı Türkiyə dövlətinin mövqeyi qardaş olaraq qalacaq.
Etibar bəy, siz həmişə dünyavi proqnozlarla çıxışlar etmisiniz və bu proqnozların əksəriyyəti özünü doğruldub.Bu dəfəki yeni proqnozlarınız nədən ibarətdir?
-Bəli həmişəki kimi, mən müəyyən proseslərin baş verəcəyini öncədən görürəm.Düzdür,bu mənim sağlamlığıma çox ziyan vurur.Stres keçirirəm,Orqanizm zəifləyir.Lakin bundan qaçmaq mümkün deyil.Onu da deyim ki,dünyada hər hansı bir təbii fəlakət və ya terror hadisəsi baş verməmişdən qabaq mən yuxuda,eləcə də səcdə edəndə müəyyən hisslər keçirirəm.Bundan sonra baş verəcək prosesləri başa düşməyə çalışıram.Bu mənə rahatlıq vermir.Hiss edirəm ki,nəsə baş verəcək,amma bunu dilimə gətirmək istəmirəm.Ona görə də, bəzi gördüklərimin üstündən keçməli oluram.Hərdən sıxılıram,dünyadakı baş verən proseslər məni qorxudur.Bir gün, yuxuda dünyanın dağılmaq təhlükəsinin olduğunu gördüm.Çox düşündüm,bir şey anlamadım.Səhəri gün Rusiya Prezidenti Putinin telekanallarda Nüvə təhlükəsi ilə bğlı çıxışını gördüm.Maraqlı açıqlama verirdi.Qeyd edirdi ki,əgər dünya Rusiyaya xətt çəkirsə,Rusiya da dünyaya xətt çəkməyə hazırdı.(Nüvə silahı ilə)Bu məni qorxudurdu.
Hazırda hansı qlobal hadisələri öncədən görürsünüz ?
-Respublikamızda ciddi şeylərin baş verəcəyini deyə bilmərəm,stabil həyat davam edəcək.2023-cü il 2022-ci illə demək olar ki eynidir,iqtisadiyyat,hava,dolanışıq,insanlar ...Heç nə dəyişməyəcək. Dünyada isə təbii fəlakətlərin olacağı barədə .Bir neçə məsələyə aydınlıq gətirməliyəm.

Ekstrasens Etibar  yeni proqnozları ilə çıxış etdi.
Dünyada təbii fəlakətlərin olacaqını hər yerdə görürəm,ona görə də dəqiq ölkənin adını çəkə bilmirəm.3-4 ay sonra,payız aylarında müxtəlif fəlakətlər olacaq.Lakin bu bizim ölkəyə təsir göstərməyəcək.
Tam dəqiqləşdirmədən ciddi proqnozlar verə bilmirəm.Konkret şəxsə aid olan bir şey varsa onu rahat deyə bilərəm.Mənə müraciət edənlərin həyatında dəyişikliklərin olacağını rahat görürəm.Mən insanlara həmişə kömək edirəm,həmişə də edəcəm.Onları mənfi enerjidən təmizləyib düzgün yola istiqamətləndirirəm.Bu mənim borcumdur.
Bir neçə il öncə ürək ağrısıyla demişdim ki,bir il ərzində beş tanınmış şəxsiyyət dünyasını dəyişəcək.Elə oldu ki,xalq artisti,alim ,sənət adamları bir bir dünyasını dəyişdi.Bunu məngörürdüm.Lakin ,deməyə cürət eləmirdim.
Sonda xalqımıza nə arzulayardınız ?
-Mən xalqıma sülh,əminəmanlıq,xoş həyat,sevgi,bol ruzi arzulayardım.Ən əsası isə son zamanlar insanlarda ruh düşkünlüyü hiss edirəm,mənfi enerji ilə çox yüklənib millət.Bu mənfi enerjilərdən azad olmaq,təmizlənmək lazımdır.Təəssüf ki,hələ də pislik etməklə məşğul olan adamlar var.Bir birinə paxıllıq etmək,quyu qazmaq,pis əməllər etmək və s.Mən fürsətdən istifadə edərək belə adamlara burden səslənirəm,əl çəkin pis əməllərdən,paxıllıq etməyin.Bunun digər mənfi tərəfi də var.Həyat bumeranqdır,nə atırsan özünə qayıdır.Yüzlərlə misal çəkə bilərəm ki,yamanlıq etmək istəyib,özünün başına iş gəlib.Arzu edirəm ki,xalqım sovet dövründəki kimi bir biri ilə səmimi,gülərüz,xoş davransın.Hər şey yaxşı olacaq.Yaşamaq gözəldir.
Təşəkkür edirik.
Elnarə Mehdiyeva

Paylaş
Xəbər lentİ