Quru sərhədlərimizlə bağlı gözlənilməz qərar! – Cərimələr ləğv olunacaqmı?

Oxunma sayı: 118
25-06-2023, 08:10

Quru sərhədlərimizlə bağlı gözlənilməz qərar! – Cərimələr ləğv olunacaqmı?
Deputat: “Əlaqələrimiz olan ölkələrlə sərhədlər açıla bilər, amma…”

“Çox güman ki, yaxın günlərdə Operativ Qərargah ləğv ediləcək, bununla da Azərbaycanda koronavirus mövzusu rəsmi olaraq tarixə qovuşacaq”.

Natiq Cəfərli: "Yeni fonddan Azərbaycan da istifadə edəcək"


Bunu az öncə iqtisadçı-ekspert Natiq Cəfərli söyləmişdi. O, quru sərhədlərinin açıla biləcəyini də qeyd etmişdi. Sitat: “Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var. Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilməsi prosedurunu ləğv etməsi, onların ya ASAN VİZA, yaxud İrandakı konsulluğumuzdan viza alaraq ölkəyə gələ bilməsi çox doğru qərardır. Bu, quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir. Ehtimal var ki, hökumət bu həftə (19-25 iyun aralığı – red.) pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan edəcək. Eyni zamanda quru sərhədlərin açılması ilə bağlı qərarın veriləcəyi də gözlənilir. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bugünlərdə verəcək”.

Ekspert pandemiya dönəmində yazılan cərimələrin ləğvi məsələsinə də toxunmuşdu: “Bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti pandemiya dövründə vətəndaşlara və biznesə verilən cərimələr məsələsini də həll etsin – indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın. Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.

Gözləntilər doğrulacaqmı?

Yada salaq ki, qonşu Türkiyə və Gürcüstanda artıq ödənilən cərimələrin vətəndaşlara qaytarılması, ödənməyən cərimələrin isə silinməsi haqda qərarlar verilib.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi


Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı dedi ki, bu gün dünyada müəyyən proseslər gedir və problemlər qalmaqdadır: “Bu gün biz deyə bilmərik ki, pandemiya təhlükəsi tamamilə aradan qalxıb. Hələ də bir sıra ölkələrdə problemlər var. Amma ciddi şəkildə azalma da özünü göstərir. Düşünürəm ki, quru sərhədlərin açılması doğru qərar olmaz. Sərhədlərin bağlı qalması məsələsi, təkcə pandemiya ilə bağlı deyil, həm də təhlükəsizlik məsələsidir. Əlaqələrimiz olan ölkələrlə sərhədlər açıla bilər. Amma birdən-birə bütün ölkələrlə sərhədlərin açılması bizə başqa problemlər yarada bilər. Regionda, dünyada müharibə var, qarşıdurma gedir. Ona görə də biz bu məsələlərdə tələsməməliyik.

Cərimələrin ləğvi məsələsinə gəldikdə isə bu barədə mən fərqli düşünürəm. Hesab edirəm ki, bu, gələcəkdə vətəndaşlarda arxayınlıq yaradacaq. Belə bir nümunə yarandığı təqdirdə gələcəkdə pandemiya baş verərsə və ya hansısa xoşagəlməz hal baş verərsə, insanlarda arxayınlıq yaradacaq. Əgər kimsə səhv edibsə, kimsə yanlışa yol veribsə, günahı varsa, mütləq cəzasını almalıdır. Cərimələrin ləğvi yeni bir yanaşma formalaşdıracaq və insanların məsuliyyət hissini azaldacaq”.

Qeyd edək ki, artıq Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bununla bağlı baş nazir Əli Əsədov dünən müvafiq qərar imzalayıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.(müsavat.com)

Paylaş
Xəbər lentİ