İranda səfirlikdə yaralana vətəndaşımız “Şprislə yemək yeyir”

Oxunma sayı: 106
19-07-2023, 21:26

İranda səfirlikdə yaralana vətəndaşımız  “Şprislə yemək yeyir”
İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əmliyyat olunub.

V.Tağıyevin anası Təranə Tağıyeva Pravda.az-a açıqlamasında oğlunun səhhəti barədə məlumat verib.

O bildirib ki, Vasif Tağıyevin əməliyyatı yaxşı keçib, evə buraxılıb: “Çənəsində olan platin lövhələri çıxarıblar. 10 gündür ki, dişlərini bir-birinə bağlayıblar. Şprislə yemək yeyir. Allahın izni ilə yaxşı olar. Sümük birləşməsə, yenidən əməliyyat olunacaq”.

Paylaş
Xəbər lentİ