Bakıda Putinə göndərilən xüsusi qarpız – Kilosu 3 manata... - FOTO

Oxunma sayı: 79
5-08-2023, 08:25

Bakıda Putinə göndərilən xüsusi qarpız – Kilosu 3 manata... - FOTO
Bakıda "Yaşıl bazar"da mövsüm meyvələri və qarpız fantastik qiymətə satılır. Belə ki, qarpızın kilosu 2-3 manata, yemişin kilosu 3-4 manata, qarğıdalının ədədi isə 2 manata satılır.
Arasdırma.info xəbər verir ki,Bakupost.az -ın əməkdaşı dünən bazara baş çəkərək, burada meyvə-tərəvəzin marketlərdən qat-qat baha qiyməyə satılmasının səbəbi ilə maraqlanıb.
Satıcılar kilosu 3 manata olan qarpızın "dədə-baba sortu"ndan olduğunu, onu yalnız imkanlı şəxslərin aldığını, hətta Rusiya prezidenti Vladimir Putinə də məhz bu qarpızdan göndərildiyini bildiriblər.
Digər meyvələrin də marketdə satılanlardan olmadığı deyilib.
Qeyd edək ki, marketlərdə qarpızın kiloqramı 25-30 qəpikdir.

Paylaş
Xəbər lentİ