Zaur Hüseynov bacısı oğlunu işdən çıxarıb - Yeməkxana işini rəisin qardaşına həvalə edib

Oxunma sayı: 84
5-08-2023, 09:33

Zaur Hüseynov bacısı oğlunu işdən çıxarıb - Yeməkxana işini rəisin qardaşına həvalə edib
"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bacısı oğlunu yeməkxana müdiri vəzifəsindən uzaqlaşdırıb.

Arasdırma.info xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, Zaur Hüseynov "Bakı Metropoliteni" QSC-nin təchizat şöbəsinin tabeçiliyində olan yeməkxana idarəçiliyini bacısı oğlu Fəriddən alıb.

Fərid uzun müddət imiş Bilgəh qəsəbəsində yerləşən Sağlamlıq Mərkəzini, metropoliten depolarını və baş idarənin yeməkxanalarını idarə edib. Metro işçilərini yeməklə təmin edən şəxs olub. Fərid hazırda Zaur Hüseynova məxsus olan "Yaşıl Məkan” restoranını idarə edir.

Sədr metropoliten işçilərinin yeməklə təminatı işini "Bakı Metropoliteni" təchizat şöbəsinin rəisi İlqar Qasımovun qardaşı Vüqar Qasımova həvalə edib.

Paylaş
Xəbər lentİ