Azərbaycanda yeni dələduzluq metodu (FOTO)

Oxunma sayı: 108
25-09-2023, 22:46

Azərbaycanda yeni dələduzluq metodu (FOTO)
Son zamanlar vətəndaşlara cərimə borcları ilə bağlı endirim kampaniyaları vədi verən saxta səhifələrin reklamı sosial şəbəkələrdə geniş yayılıb.

Arasdırma.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, onlardan biri də "asancerime.com" səhifəsidir:

"Vətəndaşlarımızdan belə səhifələrə etibar etməməyi, şəxsi və bank kartları məlumatlarını bu cür səhifələrlə paylaşmamağı xahiş edirik. Bu cür səhifələrin dövlətimizlə və rəsmi qurumlarla heç bir əlaqəsi yoxdur".//valyuta
Azərbaycanda yeni dələduzluq metodu (FOTO)

Paylaş
Xəbər lentİ