Suraxanıda növbəti səyyar görüş keçirildi - Fotolar

Oxunma sayı: 95
4-10-2023, 19:49

Suraxanıda növbəti səyyar görüş keçirildi - Fotolar
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov oktyabrın 4-də 65 nömrəli tam orta məktəbdə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb.

Arasdırma.info xəbər verir ki, vətəndaşlarla təşkil olunan görüşündə RİHB-nin müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Əziz Əzizov rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlərlə bağlı sakinlərə məlumat verib.
Ətraflı

RİH başçısı antiterror tədbirləri zamanı şəhid olmuş bütün hərbi qulluqçulara Allahdan rəhmət diləyib.

Səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.//qafqazinfo

Suraxanıda növbəti səyyar görüş keçirildi - Fotolar
Suraxanıda növbəti səyyar görüş keçirildi - Fotolar

Paylaş
Xəbər lentİ