Azad olunmuş ərazilərin yenidən qurulmasına 4 milyard manata yaxın vəsait ayrılacaq

Oxunma sayı: 86
15-10-2023, 07:48

Azad olunmuş ərazilərin yenidən qurulmasına 4 milyard manata yaxın vəsait ayrılacaq
Bu ilin 9 ay ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 741 milyon manat vəsait ayrılıb. Bu, əvvəlki dövrdə ayrılan vəsaitlə müqayisədə 1.7 dəfə çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramov deyib ki, Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda dirçəlməsi və böyük qayıdışın daha sürətli şəkildə həyata keçirilməsi əsas hədəflərdəndir. O bildirib ki, ayrılan vəsait işğaldan azad olunmuş ərazilərdə önəmli layihələrin icrasına yönəldilib.

2024-cü ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 3 milyard 825 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Millət vəkili hesab edir ki, məbləğin ildən-ilə artması Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulmasını sürətləndirəcək.

Onun sözlərinə görə, vəsaitin bir hissəsi işğaldan azad olunmuş ərazilərdə inşası davam edən digər infrastruktur layihələrin icrasına yönələcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş
Xəbər lentİ