Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli CƏZASINI GÖZLƏYİR

Oxunma sayı: 88
15-10-2023, 21:01

Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli CƏZASINI GÖZLƏYİR
Burada (Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binası – red.) oturmuş özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü “baş nazir” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib.

Paylaş
Xəbər lentİ