Məhkumlar məzuniyyətə buraxılır - Azərbaycanda İLK DƏFƏ

Oxunma sayı: 67
25-10-2023, 01:03

Məhkumlar məzuniyyətə buraxılır - Azərbaycanda İLK DƏFƏ
Məhkumlar məzuniyyətə buraxılıb.

Arasdırma.info xəbər verir ki,“Unikal”ın əldə etdiyi məlumata görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısa müddətli səfərə buraxılıblar.

Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməmiş, məhkumlar yaxınları ilə görüşmüş, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıtmışlar.

Məlumatımıza əsasən, indiyədək 8 nəfər məhkum ailə üzvlərini ziyarət etmiş və geri qayıdıb.

Sorğumuza cavab olaraq xəbəri Penitensiar xidmətdən təsdiqləyiblər.

Paylaş
Xəbər lentİ