"Adam uduzanda kişi kimi uduzmalıdır"

Oxunma sayı: 78
25-10-2023, 07:18

"Adam uduzanda kişi kimi uduzmalıdır"
"Uduzmuşam və kişi kimi çəkilmişəm kənara"
Arasdırma.info xəbər verir ki, bunu bir neçə il öncə yayımı dayandırılan keçmiş ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev BBC Azərbaycana müsahibəsində deyib.
O, bildirib ki, bununla bağlı ona çoxlu suallar verilib. ANS-in Fətullah Gülənlə müsahibəyə görə bağlandığını təsdiqləyən keçmiş ANS rəhbəri bildirib ki, onlar son instansiya məhkəməsinə kimi gediblər.
"Fakt olaraq bu məsələ oldu və son məhkəməyə qədər mübarizəmizi apardıq. ANS-lə bağlı instansiya məhkəmələrini sona qədər getdik və uduzduq. Uduzmuşam və kişi kimi çəkilmişəm kənara. Udmağı da uduzmağı da bacarıram. Çünki adam uduzanda kişi kimi uduzmalıdır. Biz bu hadisədə uduzduq. MTRŞ bizi uddu. Söhbət qurtardı".
Qeyd edək ki, ANS TV 2016-cı ilin iyulunda Fətullah Gülənlə müsahibəni yayımlayacağını elan etdikdən sonra TV-nin yayım lisenziyası ləğv edilib.//bakupost

Paylaş
Xəbər lentİ