143 milyonluq mənimsəmə - Nəcməddin Sadıqovla bağlı araşdırma başladı

Oxunma sayı: 96
2-11-2023, 22:45

143 milyonluq mənimsəmə - Nəcməddin Sadıqovla bağlı araşdırma başladı
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov və başqa bir neçə nəfər barəsində icraat ayrılıb.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlarla bağlı istintaq orqanında araşdırma aparılır.
Hazırda ittiham olunan polkovniklərin vəkilləri növbəti iclaslarda N.Sadıqovla bağlı vəsatət qaldıracaqlar.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

Paylaş
Xəbər lentİ