Qubad İbadoğlunun həbs müddəti uzadılıb

Oxunma sayı: 71
16-11-2023, 16:40

Qubad İbadoğlunun həbs müddəti uzadılıb
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Arasdırma.info xəbər verir ki, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qəbul edilib.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.//bakupost

Paylaş
Xəbər lentİ