300 dollarlıq gömrük limiti yenidən azaldılır? - RƏY

Oxunma sayı: 28
3-12-2023, 02:24

300 dollarlıq gömrük limiti yenidən azaldılır? - RƏY


"2013-cü il. Nazirlər Kabinetinin 2013-cü il tarixli 305 saylı qərarı ilə fiziki şəxs özü ilə gətirərsə 1500 dollar, e-ticarət yolu ilə 1000 dollar həddində gömrük limiti müəyyən olunub.

2015-ci il. Dövlət Gömrük Komitəsi bu limitin 150 dollara endirilməsi üçün hökumətə müraciət edir. Ciddi müzakirələr başlayır. O zaman Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadiyyat Nazirliyi bu təklifə mənfi rəy verirlər, Dövlət Gömrük Komitəsi (DGK) istəyini reallaşdıra bilmir, qərar qəbul edilmir.

22 oktyabr 2015-ci il. DGK-nın bu limiti endirmək üçün vuruşduğu bir zamanda Prezidentin fərmanı ilə bu limit 10 min dollar müəyyən edilir. Hamı şokdadır.

Belə bir zamanda dərhal bəzi biznes assosiasiyalar, pərakəndə ticarəti himayə edən oliqarxlar DGK və digər əlaqəli orqanlara təsir etməklə bu fərmanın ləğvi üçün birləşirlər və qısa müddətdə buna nail olurlar.

21 avqust 2020-ci il. Hökumət 2013-cü ildə qəbul edilən həmin məşhur qərara dəyişilik edir:
Fiziki şəxs özü ilə gətirərsə 800 dollar, e-ticarət yolu ilə 300 dollar".

Ekspert deyir ki, son bir neçə ildir ki, yerli sahibkarların bəzi assosiasiyaları müxtəlif nazirliklərlə, vergi və gömrük rəsmiləri ilə görüşlər keçirir, bəzi media və TV kanallara təsir etməklə ictimai fikir formalaşdırmaq istəyirlər ki, indiki limitlər sahibkarlığın inkişafına mane olur və onu azaltmaq lazımdır:

"Düşünürəm ki, hökumətin indiki anda "maraqlı tərəflərin" basqıları altında gömrük limitinə deyil, biznes mühitinin inkişafına, daha effektiv gömrük-vergi siyasətinə, elektron ticarətin inkişafına fokuslanması daha doğru olardı.

Ümid edirəm bu dəfə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi bu təşəbbüsə mənfi rəy verər".//olke.az

Paylaş
Xəbər lentİ